Tökülən saçlar üçün evdə maska hazırla

Tökülən saçlar üçün evdə maska hazırla
8234 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Şarm” verilişi xanımlara maraqlı məsləhət verib.

Axşam.az-ın məlumatına görə, bu dəfə tökülən saçların müalicəsi üçün lazım olan maska məsləhət görülüb. Kosmetoloq Xariqənin məsləhət gördüyü maskanı evdə hazırlamaq mümkündür:
“Zeytun yağı, süzmə qatıq, qara çörək və xardaldan eyni miqdarda götürüb, qarışdırıb saç dibinə çəkin. Bir saat saxladıqdan sonra yuyun. Kənarda nanəni dəmləyib təmiz saçları yaxalayın. Bu, baş dərisindəki gərginliyi aradan qaldıracaq. Xardal saç dibində qan dövranını yaxşılaşdıracaq. Bu, termal maska hesab edilir”.

Qeyd edək ki, “Şarm” verilişi hər həftənin cümə axşamı saat 15:30-da Axşam.az saytının informasiya dəstəyi ilə ATV telekanalında yayımlanır.