Amaliya Pənahovadakı dəyişikliyin səbəbi bilindi

Amaliya Pənahovadakı dəyişikliyin səbəbi bilindi
3940 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Amaliya Pənahova son vaxtlar görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin” verilişinə açıqlamasında pəhriz saxladığını, formada olmağa çalışdığını bildirib:

“Sənətdə olmaq istəyirəmsə, formada qalmalıyam. Yeni bir filmə dəvət almışam, buna görə də pəhriz saxlayıram. On kiloqrama qədər arıqlamışam. Hələ 5-10 kiloqram da arıqlayacağam. Özümə qulluq etməyi bacarıram. Burada məqsəd sənətdə qalmaqdır. Bu halım məni qane edir. Səhnə adamları tamaşadan əvvəl heç nə yeməməlidirlər. Biz rolumuzu ac oynayırıq. Çünki tox mədə ilə rahat hərəkət etmək, danışmaq olmur”.