Ötən gün 35 yaşını qeyd edən rəqqasə Oksana Rəsulovanı təbrik edənlər arasında Hindistanın ölkəmizdəki səfiri Sancay Rana və həyat yoldaşı Barbara Rana da olub.
Axşam.az-ın məlumatına görə, rəqqasə təbrikə görə səfirə və xanımına təşəkkürünü bildirib:
“Ad günümdə qonaqlarımın hər biri mənim üçün dəyərlidir. Hindistan səfiri cənab Sancay Rana ilə həyat yoldaşı Barbara xanım öz gəlişi ilə mənə böyük dəyər verdilər. Çox sevindim, var olun”.