Yan-yana olsalar da, göz-gözə gəlmədilər - fotolar
Xəbər
12:52 / 26.12.17
7493dəfə oxunub
A-
A
A+
İngiltərənin kral ailəsinin iki gəlini Keyt Middltonla Meqan Markl ilk dəfə yan-yana tədbirə qatılıblar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Uilyamla Harri xanımları ilə birlikdə Müqəddəs Meri Maqdalen kilsəsinə yollanıblar. Tədbirdə hər kəsin diqqəti üçüncü körpəsinə hamilə olan Keytə və Harri ilə yenicə nişanlanan Meqana yönəlib.
Gəlinlər yanaşı olsalar da, bir-birləri ilə göz təmasına girməmələri diqqətdən qaçmayıb. Onlar insanları salamlayaraq, gülümsəyiblər.