Keçəllikdən qurtuldu, saçlarını 106 santimetrədək uzatdı - fotolar

Keçəllikdən qurtuldu, saçlarını 106 santimetrədək uzatdı - fotolar
3434 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkələrdə “Rapunzel” kimi tanınan moskvalı Anastasiya Sidorovanın saçlarının uzunluğu 106 santimetrə çatıb.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gerçək kürən olan Anastasiyanın maraqlı həyat hekayəsi var. Belə ki, gənc qız 18 yaşında ikən “alopecia” xəstəliyinə tutulduğundan saçları tökülmüş və keçəl qalıbmış.
 
Xəstəliyinə qalib gəldikdən sonra isə saçlarını heç vaxt kəsdirmədən uzadıb. Sidorova hazırda öz təbii saçları ilə hər kəsin diqqətini cəlb edir.