Qırış, çil və ləkələrə qarşı vasitə

Qırış, çil və ləkələrə qarşı vasitə
4639 dəfə oxunub
  • A-
  • A
  • A+

Üz dərisinin qüsurlu görünməsinə səbəb qırışlar, ləkələr və çillərdir. Bunları aradan qaldırmaq və gözəl dəriyə sahib olmaq üçün ona qulluq etmək mütləqdir.

Axşam.az saytı Rusiya mətbuatına istinadən dəridəki bir çox problemləri aradan qaldıracaq maskalar təqdim edir:

Qirişlara qarşi möhtəşəm maska

Yetişmiş bananı yaxşıca əzib, ona qaymaq və kartof unu əlavə edin. Maskanı qatı hala düşənə qədər qarışdırın. Üzə iki qat çəkib, üstünə tənzif sərib, pambıq düzün. Yarım saat saxladıqdan sonra, ilıq suda isladılmış pambıqla silin.

Banan maskasını günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30-60 gündən sonra aparılır. Tərkibində banan olan maskalar dərini cavanlaşdırır.

Çilləri yox et

* Yarım almanı xırda doğrayıb əz. Üzərinə 1 xörək qaşığı bal, 1 çay qaşığı askorbin turşusu (C vitamini), 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı alma sirkəsi, 3 xörək qaşığı bitki yağı əlavə et. Üzdə 30 dəqiqə saxladıqdan sonra yu. Maskanı istənilən tipdə olan dəriyə tətbiq etmək mümkündür. 

*  4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirin. Hazırlanmış həlimi soyudub, filtrdən keçirərək, mütəmadi dəriyə çəkin.

* Baş soğanı kəsərək, bir neçə dəfə dəriyə sürt.

* Təzə cəfəri yarpaqlarını əzərək, gün ərzində 2 dəfə üz dərisinə çəkin.

Gözalti torbaciqlardan qurtulun!

Müalicəvi bitki olan adaçayı (sürvə) dərini qidalandırır və dezinfeksiya еdir. 1 çay qaşığı adaçayının üzərinə 1 stəkan qaynar su töküb, qapaqlı qabda 10-15 dəqiqə saxlayıb, süzün. Məhlulun yarısını soyuducuda saxlayıb, o biri yarısını isə odda yüngülcə qızdırın. Göz qapağına növbə ilə 10 dəqiqə ərzində gah isti, gah da soyuq pambıqla kompres qoyun. Bu əməliyyatı yatmamışdan qabaq günaşırı etdikdən sonra gözün ətrafındakı dəriyə xüsusi krem çəkin.

Yağli dəri üçün 

Şərq qadınlarının ən effekli masqası kəsmikdən hazırlanır. 2 çay qaşığı kəsmiyi eyni miqdarda meyvə və ya tərəvəz şirəsi ilə qarışdırıb, ¼ çay qaşığı duz əlavə edərək, üzə çəkin. 10 dəqiqədən sonra maskanı ikinci dəfə dəriyə yayın. 5 dəqiqədən sonra  maskanı götürmək və üzü duzlu su ilə təmizləmək lazımdır. Sonda üzə nəmləndirici krem çəkin.