ABŞ-da yaşayan Nikki Vester adlı qadın bir il 5 aya 206 kiloqram arıqlayaraq inanılmaz görünüş alıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı qadın 2015-ci ilə qədər 294 kiloqram çəkidə olub.
Artıq yeriyə bilmədiyini görən və kök olduğu üçün dostlarından birinin ölüm xəbərini eşidən Nikki arıqlamaq qərarı alır.
Həkimlərin və özünün iradəsi ilə 158 kiloqrama düşən Vesteri daha sonra əməliyyat edirlər. Qarın hissəsindən xeyli piy çıxarılan qadının mədəsini də kiçildirlər.
Bununla da Nikki arıqlayaraq 88 kiloqram olur.