Əməkdar artist Elza Seyidcahan nəvəsi Səmərruxa ad günü edib.
Axşam.az-ın məlumatına görə, 1 yaşı olan Səmərrux üçün müğənni qeyri-adi məclis keçirib. Seyidcahanın qızı Gülşən, kürəkəni Elxan və nəvəsi məkana xüsusi bəzədilmiş avtomobillə gəlib.
Gecənin qonaqları arasında şou-biznes nümayəndələri də yer alıblar. Məclis maraqlı ifalar, əyləncəli şoularla yadda qalıb.