"Yeşilçam"ın Şişko Nurisi illər sonra - fotolar

"Yeşilçam"ın Şişko Nurisi illər sonra - fotolar
8290 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeşilçam” filmlərindən Şişko Nuri kimi tanınan aktyor Sıtkı Sezgin illər sonra müsahibə verib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, nostalji xatirələrindən danışan aktyor qocalar evində yaşayır. 67 yaşlı Sıtkı müasir serialları və filmləri bir o qədər də bəyənmədiyini deyib:

“Qocalar evi 2009-cu ildə açılıb və açılandan burada yaşayıram. “Yeşilçam” filmləri ilə indiki filmləri müqayisə etsək, dünyalar qədər fərq var. “Yeşilçam” filmlərinin mövzusu, təqdimat forması gözəl idi və zövqlə izlənirdi”.