Müğənni-aparıcı Hülya Avşarın qızı Zəhra Çilingiroğlu ilk dəfə sevgilisi Eray Ölçümlə birlikdə görüntülənib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin qızı gənc iş adamı ilə şam yeməyindən çıxarkən kameralara tuş gəlib.
Gecədə Zəhra davamlı olaraq Ölçümə “Səni sevirəm” deyib. Jurnalistlər bu məqamı diqqətdən qaçırmayaraq “İlk təklifi kim etdi?” deyə soruşublar. Çilingiroğlu “Evlilik təklifini mən elədim” deyərək zarafatlaşıb.