Hazal Kaya sevgilisi ilə əl-ələ təqdimatda - fotolar
Dünya
09:35 / 25.01.18
2658dəfə oxunub
A-
A
A+
Aktrisa Hazal Kaya rejissor sevgilisi Ali Atayın çəkdiyi “Ölümlü dünya” filminin qala gecəsinə qatılıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecəyə sevgilisi ilə əl-ələ qatılan aktrisa yaşıl libas seçimi edib. Ali yeni işinə görə çox həyəcanlandığını bildirib:
“Gözəl film alındığını düşünürəm. Yaxşı nəticələrə ümid edirəm. Aktyorluq və musiqidən vaz keçməmişəm, ancaq bundan sonra daha çox özümü rejissor kimi sınayacağam”.