Xalq artisti Nazpəri Dostəliyevanın nəvəsi Tamerlanın ad günü olub.
Axşam.az-ın məlumatına görə, müğənni bu münasibətlə şəhərin dəbdəbəli restoranlarından birində qonaqlıq verib.
Gecəyə az sayda şou-biznes nümayəndəsi dəvət olunub. Mediaya qapalı olan məclisdən fotolar sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Tamerlan Dostəliyevanın böyük oğlunun övladıdır. Müğənninin Tamerlanla yanaşı iki nəvəsi də var.