“Wonder Woman” filmi ilə populyarlaşan aktrisa Qal Qadot reklam üzü olduğu firmalardan birinin təqdimat gecəsinə qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı aktrisa mənfi 4 dərəcə şaxtaya baxmayaraq, gecəyə transparan libasda yollanıb. Qal sinə dekoltesi ilə də gecənin diqqətçəkən qonağı olub.
Qeyd edək ki, Qal Qadot 10 ildir iş adamı Yaron Versano ilə ailəlidir, 2 uşağı var.