İllərdir qısa saçları ilə tanınan 50 yaşlı aktrisa Liza Rinna hər kəsi təəccübləndirib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa şou proqramlardan birinə gedərkən uzun saçları ilə diqqət çəkib. Lakin verilişdən sonra binadan çıxan Liza ikinci dəfə hər kəsi heyrətləndirib.
Belə ki, Rinna içəridə saçlarına etdirdiyi qaynağı açaraq jurnalistlərin qarşısına çıxıb. İzləyicilər sosial şəbəkədə sənətçiyə “Saçların həmişə qısa qalsın” yazaraq ona uzun saçın yaraşmadığını bildiriblər.