Aktrisa Eva Lonqoriya 49 yaşlı meksikalı biznesmen əri Xose Antonio Bastonla görüntülənib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 6 aylıq hamilə olan aktrisa əri ilə restoranda nahar edib. 42 yaşlı Eva restoran üçün güllü dizaynı olan qara kombinezon seçimi edib.
Lonqoriya hamilə olsa da, dikdaban ayaqqabı geyinməkdən də çəkinməyib.