Müğənni Roza Zərgərli "Sibir çiçəyi" adlı kitabının imza gününü keçirib.
Axşam.az-ın məlumatına görə, "Azərkitab" kitab-mərkəzində baş tutan tədbirdə incəsənət xadimləri, eləcə də, Karaçay-Çərkəz Respublikasının xalq şairi, Rusiya "Lermontov" komitəsinin həmsədri Askar Doduyev və Müasir Humanitar İnstitutunun direktoru Aliy Atabiyev də iştirak ediblər.
R.Zərgərlinin sözlərinə görə, sözügedən kitab müxtəlif dillərdə çap olunacaq. O, "Leyli və Məcnun" adlı yeni romanın hazırlığında olduğunu da bildirib.