Beyons əri və qızı ilə təqdimatda - fotolar

Beyons əri və qızı ilə təqdimatda - fotolar
2264 dəfə oxunub
  • A-
  • A
  • A+
Nyu-Yorkda keçirilən 60-cı “Qremmi” mükafatlandırma gecəsinin ulduz qonaqlarından biri də müğənni Beyonsla reper əri Cey Zi olublar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı ifaçı ilə 48 yaşlı reper gecəyə 6 yaşlı qızları Blu Ayvi ilə birlikdə qatılıblar. Ağ libas geyinən Blu gözəl görünüşü ilə diqqət çəkib.

Beyons isə təqdimata livanlı dizayner Nikolas Cebranın hazırladığı qara məxmər libasda, iri şlyapada yollanıb. O, aksesuar kimi “Lorraine Schwartz”dan brilyant sırğalar, “Alian Milki”dən qara eynəkdən istifadə edib.