Əməliyyatsız 60 kiloqram arıqlayan aktrisanın yeni görünüşü - fotolar

Əməliyyatsız 60 kiloqram arıqlayan aktrisanın yeni görünüşü - fotolar
4403 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeni gəlin” serialının Türkmən xalası Esin Gündoğdu yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa artıq çəki problemini pəhriz və idman vasitəsilə həll edib. Əməliyyatsız 60 kiloqram arıqlayan Esin bunları deyib:

“2 ildə 60 kiloqram arıqladım. 138 kilodan 78-ə düşdüm. Pəhrizə 40 kiloqram atdıqdan sonra başladım. Sadəcə üzürəm və yürüşə çıxıram. Mədəkiçiltmə əməliyyatı etdirməmişəm. Ancaq çəki atdıqdan sonra yaranan dəri sallanmalarını yığdırmışam”.