“Evdəkilərə salam” verilişi çəkiliş üçün əməkdar artist Yusif Mustafayevin villasına yollanıb.
Axşam.az-ın məlumatına görə, müğənni dəbdəbəli villasında çəkilişə icazə verməyib. O, hər kəsi həyətdə oğlu Tərlan üçün tikdirdiyi evdə qonaq edib.
Mustafayev bildirib ki, ailədə on uşaqdılar:
“Evin böyüyü mənəm. Anamla atam mənimlə qalır. Qardaşlarım da deyir ki, evin böyüyü sənsən, necə məsləhət bilirsən olsun”.