Ancelina Coli bu dəfə qaradan çıxdı - fotolar

Ancelina Coli bu dəfə qaradan çıxdı - fotolar
1959 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər zaman qara rəngə üstünlük verən Hollivud ulduzu Ancelina Coli bu dəfə hər kəsi təəccübləndirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa Parisdə ofisdən çıxarkən paparassilərin kamerasına tuş gəlib.
 
Başdan-ayağa süd rəngində geyinən Coli aksesuar kimi qırmızı çanta və gün eynəyindən istifadə edib.

Sadə obrazı ilə göz oxşayan Ancelina fanatları ilə söhbət edərək onlarla şəkil çəkdirib.