Keçmiş aparıcı Anar Nəcəfli ötən gün “5/5” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, o, 3 ildir aparıcılıqdan uzaqlaşdığını deyib:
“Yeni çalışdığım sahə də aparıcılığa yaxındır, mətbuatla əlaqədardır. İnsan uzaqlaşsa da, ürəyi yenə televiziya ilə, aparıcılıqla döyünür. Aparıcılıq yenə də istək olaraq qalır. Bəlkə də nə vaxtsa, yenidən qayıdaram”.
Foto: Ramin ASLANOV