Tubanın gərgin gecəsi: "Məndən niyə soruşursunuz?"
Dünya
09:36 / 01.02.18
2075dəfə oxunub
A-
A
A+
Aktrisa Tuba Büyüküstün iş adamı sevgilisi Umut Evirgenlə birlikdə “Cebimdeki yabancı” filminin qala gecəsinə qatılıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, təkbaşına obyektiv qarşısına keçən aktrisanın gərgin anları diqqətdən qaçmayıb. Tuba jurnalistlərin “Haqqınızda yayılan evlilik və qısqanclıq xəbərləri ilə bağlı nə deyə bilərsiniz” sualına əsəbiləşib.
O, jurnalistlərə hirslənərək “Açıqlama vermək lazım olsaydı, verərdim. Xəbərləri özünüz yazıb, özünüz də açıqlama istəyirsiniz. Yazdıqlarınızın doğru olub-olmadığını məndən soruşmağınız qəribədir” deyib.