Keytin bu paltarı çox bəyənildi - fotolar

Keytin bu paltarı çox bəyənildi - fotolar
3892 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middltonun Norveç səfəri davam edir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Hokon və xanımı Mette-Maritlə şam yeməyində görüşən Uilyamla Keyt gecənin ulduz qonaqları olublar.

Krem rəngli uzun libas seçimi edən hamilə Keyt obrazını brilyant üzük, sırğa və boyunbağı, klaç çanta ilə tamamlayıb. Moda tənqidçiləri Keytin obrazını indiyədək yaratdığı ən zərif imic adlandırıblar.