25 yaşlı müğənni-aktrisa Selena Qomez Los-Anceles küçələrində görüntülənib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, iki həftədir depressiyada olan ifaçı parkda gəzintiyə çıxıb. Küçə stili üçün cins kombinezon seçimi edən Selena pis günləri geridə qoyduğunu deyib. 70-ci illər dəbinə qayıdan Qomez minimum makiyajdan istifadə edib.
Qeyd edək ki, Selena Qomez müğənni Castin Biberlə yenidən barışıb. Lakin Selenanın anası bu münasibətə qarşı çıxaraq, Castinlə küsülü olduğunu deyib.