Nura yenidən dəyişdi - fotosessiya

Nura yenidən dəyişdi - fotosessiya
4577 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri yenidən fotosessiya etdirib.

Axşam.az xəbər verir ki, bu dəfə də imicində dəyişiklik edən ifaçı saçlarını qısaldıb.

N.Suri tez-tez imicini dəyişib, fotolar çəkdirməyi ilə bağlı bunları deyib:

"Sonuncu qara saçlarımla olan fotosessiyam çox danışıldı. Biz də stilistlərlə qərara gəldik ki, yenidən dəyişiklik edək. Qısa müddətdə məni həm tünd, həm də qısa saç kəsimi ilə görə bildilər. Amma onu deyim ki, saçlarımı kəsdirmək və bütünlüklə tünd rəngə boyamaq fikrim yoxdur. Sadəcə fotosessiyalar üçün buna imza atdım. Yenə əvvəlki imicimdəyəm. Fərqli stilistlər, fərqli obrazlar yaratdı. Hər birinin işini çox bəyəndim. Siz də dəyişməkdən, özünüzü axtarmaqdan çəkinməyin".

Qeyd edək ki, Nuranın fotolarını Ruslan Nəbiyev çəkib. Müğənninin makiyajı və saç düzümü isə Nigar İbrahimovaya aiddir.