Amerikalı müğənni Selena Qomez Los-Anceles küçələrində görüntülənib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müğənni restoranların birində dostları ilə görüşüb. İpək paltar geyinən Selena uzun yarığı ilə diqqət çəkib.
Aksesuarlardan istifadə edən Qomez sadə makiyaja və saç düzümünə üstünlük verib.