Amerikalı sürrealist (qəribəlik, irrosionallıq, standartlara cavab verməmək) rəssam Skot Çeidli təqdim etdiyi "The Pinks" ("Çəhrayılar") adlı sərgisi ilə gündəm olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Skot bu dəfə dünya liderlərini "Çəhrayı" çərçivəyə salıb.
Onlar arasında Donald Tramp, Vladimir Putin, Barak Obama, Ernesto Çe Qevaro, Adolf Hitler, Hillari Klinton, Abraam Linkoln və başqaları var.
Rəssam adı çəkilən siyasətçiləri fərqli baxış bucağı ilə tamaşaçılara təqdim edib.