Aktrisa Raşl Veiz baş rolda çəkildiyi “The Mercy” filminin London qalasına qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, tədbirə “Miu Miu” imzalı göy libas geyinən aktrisa uzun yarığı səbəbindən çətin anlar yaşayıb. Üst qismi qapalı olan paltar yeriməkdə Raşla çətinlik yaradıb. Fotoqraflara uzun-uzadı poz verən aktrisa daha sonra üşüdüyündən əyninə palto geyinməli olub.
Qeyd edək ki, Raşl “Ceyms Bond” obrazı ilə məşhur olan Deniel Kreyqin həyat yoldaşıdır.