Rəqqasə Fatimə Fətəliyeva səhnə fəaliyyətinin 20 ilinin tamam olması münasibəti ilə konsert verəcək.
Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, ilk dəfədir belə bir böyük tədbir edəcək:
“20 ilimi çox gözəl formada qeyd edəcəm. Bunun üçün böyük konsert proqramı hazırlanıb. Yeni xəbər də odur ki, konsertimizin açılışı üçün tanınmış bəstəkar Nailə Mirməmmədli yeni mahnı bəstələyib. Artıq aranjimana verilib. Musiqi tam hazır olandan sonra isə onun xoreoqrafiya hissəsini öz boynuma götürmüşəm. Rəqsin quruluşunu özüm quracam. Çünki bu günə qədər rəqslərimin quruluşunu müəllimim Fərhad Vəliyev edirdi. O artıq Azərbaycanda yaşamır, Amerikaya köçüb. Buna görə də ilk dəfə olaraq konsertimin bütün məsuliyyəti öz üzərimdə olacaq. Gecədə tələbələrimin də çıxışı gözlənilir. Amma ən ağır yük isə öz üzərimdə olacaq. Onu da qeyd edim ki, konsertimdə sürprizlər də olacaq”.
F.Fətəliyeva yeni layihəsi üçün fotosessiya da etdirib. O, iki obrazda fotokamera qarşısına keçib.