Ötən ilin sentyabrında müğənni Murad Dalkılıçdan boşanan aktrisa Merve Boluğur gecə həyatına başlayıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa dostları ilə birlikdə əyləncə məkanından çıxarkən görüntülənib. Naməlum gənclə səhərədək rəqs edən Merve jurnalistləri görüncə ona “Arxa qapıdan çıx” xəbərdarlığı edib.
Daha sonra Boluğurun avtomobilinə əyləşən həmin gənc üzünü gizlədib.