Stilist Elnur Həsənov ustad dərsləri keçib.
Axşam.az-ın məlumatına görə, şəhərin alış-veriş mərkəzlərindən birində baş tutan “master-klass”da Elnur ən son dəbə uyğun makiyaj və saç düzümləri nümayiş etdirib.
Dərsi izləməyə gələnlər arasında yüzlərlə insan yer alıb.
E.Həsənov əməkdaşımızla söhbətində bildirib ki, ustad dərsləri bundan sonra da davam edəcək. O, xarici ölkələrdən birindən də təklif aldığını söyləyib:
“Hazırda danışıqlar gedir. Yaxın günlərdə hara olduğunu açıqlayacam”.