Londonda keçirilən 71-ci “BAFTA-2018” mükafatalandırma gecəsi maraqlı anlarla yadda qalıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Marqo Robbi, Salma Hayek, Ancelina Coli, Natali Portman, Emma Roberts, Naomi Harris və digər ulduzlar qırmızı xalıya qara libasda çıxıblar.
Bununla da dünya ulduzları cinsi zorakılığa qarşı qara geyimlə etiraz aksiyalarını davam etdiriblər.