Məşhur libasın bənzərini geyindi, insanlar keçmişə qayıtdı - fotolar

Məşhur libasın bənzərini geyindi, insanlar keçmişə qayıtdı - fotolar
2509 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Cennifer Lourens baş rolda çəkildiyi “Red Sparrow” filminin London qalasına qatılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı aktrisa gecəyə 14 il əvvəl Hollivud ulduzu Elizabet Harlinin geyindiyi “Versace” imzalı libasın oxşarında yollanıb. Cenniferin qara dekolteli libası izləyiciləri 1994-cü ilə aparıb. Həmin il Elizabet aktyor Hyu Qrantla birlikdə “Dörd nikah bir cənazə” filminin Los-Ancelesdəki qalasına “Versace”dən vorca götürdüyü libasda qatılmışdı. Harli etiraf edirdi ki, həmin gecə üçün libas almağa pulu olmayıb:

“Bu libas “Versace”nin mənə ən böyük yaxşılığı idi. Çünki maddi vəziyyətim yaxşı deyildi. O gecə üçün moda evində qalan yeganə paltar o idi və mən də onu geyindim”.

Qeyd edək ki, Elizabetin geyinməsindən sonra libasa böyük maraq yaranmışdı. Ondan sonra bir neçə Hollivud ulduzu libasın bənzərini hazırlatmışdı.