Türkiyənin ən çox danışılan “Playboy”u Taha Özər bir daha zənginliyindən söz etdirib.
Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, özəl təyyarəsi və lüks avtomobilləri ilə barəsində tez-tez danışılan Taha, maddi imkanını növbəti dəfə sərgiləyib.
Belə ki, külli miqdarda pulların şəklini sosial media hesabında yerləşdirən gənc bununla böyük müzakirələrə səbəb olub.
Qeyd edək ki, izləyicisi 1 milyondan çox olan Özər puldan başqa, qızlarla da paylaşdığı fotoları ilə gündəm olur.