Azərbaycanlı müğənninin modellə səmimi fotoları

Azərbaycanlı müğənninin modellə səmimi  fotoları
3498 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev “Dərk et” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Anar İsmayılov, musiqisi sənətçinin özünə məxsusdur.

Elvin mahnısı üçün yeni fotosessiya da etdirib. O, bu dəfə model Neyli Bünyadzadə ilə obyektiv qarşısına keçib. Elvin modellə səmimi fotolarından danışıb:

“Hər dəfə eyni stildə fotolar çəkdirməyi sevmirəm. Bu dəfə fərqlilik etdim və modellə kamera qarşısına keçdim. Bundan sonrakı fotolarımda dəyişiklik çox olacaq. Əgər kompleksin yoxdursa, demək uğur qazanacaqsan”.

Elvin həyat yoldaşının onun gənc modellə səmimi görüntülərini qısqanmadığını deyib:

“Nə etsəm də, aşırı dərəcədə ola bilməz. Hər şeyi çərçivədə edirəm. Mənimlə birlikdə çalışan çox adam var. Mahnımın da, fotosessiyamın da hazırlanmasında onların əməyi olub”.

Qeyd edək ki, fotoların müəllifi Elgün Zaman, videoqrafer isə Elvin Məmmədovdur.