Cavanlaşdıran maska – video

Cavanlaşdıran maska –  video
10051 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Şarm” verilişində bu dəfə xanımlara cavanlaşdırıcı maskalar təqdim olunub.

Axşam.az-ın məlumatına görə, soyuq havada dəri hər zaman minerallar və vitaminlər tələb edir. Bu, dəridə yaranacaq qırışların qarşısını əvvəlcədən alır. Üz dərisini vitamin və minerallarla zənginləşdirmək üçün aşağıdakı maskanı edin:

1 kartofu sürtgəcdən keçirib üzərinə 1 çay qaşığı bal, 1 xörək qaşığı süd və maya, bir neçə damcı zeytun yağı, 1 çay qaşığı gülab əlavə edib qarışdırın. Yarım saat kənarda saxladıqdan sonra üz dərisinə çəkin. 20 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyub üzə nəmləndirici krem vurun.

Bu maska üzdəki qırışların qarşısını alacaq, cavanlaşdırıcı effekt verəcək.

Qeyd edək ki, "Şarm"a həftənin cümə axşamı saat 15:30-da Axşam.az-ın informasiya dəstəyi ilə ATV telekanalında baxa bilərsiniz.

Verilişin bütöv versiyasını aşağıdakı video vasitəsilə izləmək mümkündür.