"Tarqovı"nın bağlanacağı xəbərlərinə rəsmi reaksiya

"Tarqovı"nın bağlanacağı xəbərlərinə rəsmi reaksiya
1274 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu barədə Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov “Qafqazinfo”ya açıqlamasında bildirib: 

"Bəyan edirik ki, bu barədə mətbuatda verılən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. Əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcəkdir".