Həbs olunan aktyorun səhhətində problem yaranıb

Həbs olunan aktyorun səhhətində problem yaranıb
1135 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən rusiyanın Əməkdar artisti Mixail Yefremovun səhhətində problem var. 

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun dostu məlumat verib. O qeyd edib ki, aktyorun səhhəti xeyli pisləşib və 60 yaşlı Efremov hazırda 80 yaşında görünür:

"Üç il yarımdır həbsdədir, ölür, səhhəti çox pisdir. Onun xroniki obstruktiv ağciyər xəstəliyi var. Allergikdir, dişləri tökülüb. Məncə törətdiyi qəzanın əvəzini mütləq ödəyib".

Qeyd edək ki, fevralda aktyor şərti azadlığa buraxılma üçün müraciət etmişdi. Onun istəyi isə koloniya rejimini pozduğu üçün rədd edilib.