Verilişlərin məzmun-janr statistikası açıqlandı

Verilişlərin məzmun-janr statistikası açıqlandı
483 dəfə oxunub
  • A-
  • A
  • A+

2024-cü ilin birinci rübündə (yanvar, fevral və mart aylarında) Azərbaycan televiziya kanallarında yayımlanmış proqramların 23,5 %-ni informasiya və analitik proqramlar təşkil edib.

Axşam.az xəbər verir ki, bununla bağlı Audiovizual Şura məlumat yayıb.

Qeyd edilib ki, sıralamada daha sonra idman proqramları (15,2% ilə), musiqili və əyləncəli formatda proqramlar (13,9 % ilə) və reklam məzmunlu materiallar (12 %) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4 % olub.