Türkiyəli aktrisa Feride Çetin ilə yazıçı Murat Özer ailə qurub.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə toydan fotolar paylaşıb. O, evlənməyə bir gündə qərar verdiklərini deyib.

"Plan qurduğumuz zaman deyil, öz axarına buraxdığımızda işlər yolunda gedir. Biz də, bir gündə evlənməyə qərar verdik. Gəlinliyim belə bir gündə hazırlanıb" deyə, o, paylaşımda yazıb.

Qeyd edək ki, F.Çetin Türkiyənin ATV kanalında yayımlanan "Hercai" serialında Reyyanın anası Zehra obrazını canlandırır.

 
 
 
 
 


                 

Digər