Onun "Send my love" adlı mahnısını çox sevdiyini bildirən Selena, Adelin sənət fəaliyyətini yaxından izlədiyini və musiqidə onun kimi bir səviyyəyə çatmaq arzusunda olduğunu dilə gətirib.
Amerikalı müğənni səs imkanlarına tam güvənmədiyi üçün kumirinin mahnılarını ifa etmək niyyətində olmadığını söyləyib.
Qeyd edək ki, Adelin kumiri isə Beyonsdur.