Səxavət Məmmədovun qızı və nəvələri – fotolar

Səxavət Məmmədovun qızı və nəvələri –  fotolar
5896 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum xanəndə Səxavət Məmmədovun qızı Sədaqət övladları Röya və Həsənlə birlikdə “Öz aramızda” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, 35 yaşlı Sədaqət uşaqlarını S.Məmmədovun sənətinin davamçısı kimi görmək istədiyini deyib:

“Atamı itirəndə 13 yaşım var idi. Onun səsi irsən mənə, sonra da övladlarıma keçib. Mən də onları oxuyan görmək istəyirəm. Atamın mahnılarına tez-tez qulaq asıram, öz-özümə onunla söhbət edirəm. Onun ölümü ilə hələ də barışa bilmirəm. Atam toylara gedəndə həmişə məni yanında aparırdı. Deyirdi, səni oğlan kimi böyüdəcəm. İndi dörd övladım var. Böyük qızımın 19 yaşındadır, ailə qurub. Ən balaca uşağım isə beş yaşındadır. Oğlum Həsən musiqi təhsili alır. Tək istəyim uşaqlarımın babalarının yolu ilə getməsidir”.