Həmyerlimiz Kənan Doğulunun qarşısında yarışacaq

Həmyerlimiz Kənan Doğulunun qarşısında yarışacaq
3287 dəfə oxunub
  • A-
  • A
  • A+

Leyla Rəhimova adlı həmyerlimizin də qatıldığı Türkiyənin “Və qazanan” musiqi yarışması fevralın 21-dən yayıma başlayır.

Bu haqda Axşam.az saytına açıqlamasında təşkilatçı Nahid Emiloğlu məlumat verib:

“Yarışma üçün Bakıda da seçim turları keçirildi. Leylanın səsi bəyənildi. Şərtlərə əsasən iştirakçı münsifin qərarını bilmədən ona təklif olunan 50 min lirəni (təxminən 15 min manat) ya qəbul edib oyundan uzaqlaşır, ya da ondan imtina edib, yarışmada qalır. Veriliş boyunca seçilən ifaçılar mahnılar oxuyacaqlar. “Və qazanan”ın qalibini böyük mükafat gözləyir".

Qeyd edək ki, verilişin münsif kürsüsündə müğənni Kənan Doğulu və Şəbnəm Fərah əyləşib. “Və qazanan” Bakı vaxtı ilə saat 22:00-da “Star TV"də yayıma başlayacaq.