Tanınmış alim dünyasını dəyişib

Tanınmış alim dünyasını dəyişib
2587 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Ağamusa Axundov dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya onun ailəsindən məlumat verilib.

Ailəsindən bildirilənə görə, A. Axundov ötən gecə ürək tutmasından vəfat edib.

Tanınmış alim sabah saat 13.00-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediləcək.