Azərbaycanlı gənc beynəlxalq müsabiqədə

Azərbaycanlı gənc beynəlxalq müsabiqədə
462 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Opera və Balet Teatrı balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək III Beynəlxlaq Balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət olunub.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, C.Kərimova Teatrda 2011-ci ildən çalışır.

C.Kərimova müsabiqədə “Qu gölü”, “Don Kixot”, “Yatmış gözəl”, “Bayaderka” kimi klassik baletlərdən nümunələrlə çıxış edəcəkdir.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alan alan solist, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-Pri mükafatının sahibidir.