Xalq artisti Zülfiyyə Xanbabayeva və Əməkdar artist Rəşad İlyasov "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşaya yollanıblar.
Axşam.az xəbər verir ki, sənətçilər orada fotolar çəkdirərək sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı bu gün Şuşada Cıdır düzündə start götürəcək. Mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.