Röya "Dünya"nı təqdim etdi - Video

Röya "Dünya"nı təqdim etdi - Video
1835 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxan “Dünya” adlı yeni klipini təqdim edib. 

Axşam.az xəbər verir ki, sözləri Şahin İsmayılov, musiqisi Fərid Kərimliyə aid bəstəni rejissor Roman Yaşar ekranlaşdırıb. 

Klip Bakının Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar ərazisində lentə alınıb. R.Ayxan layihəni Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr etdiyini vurğulayıb:

“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… 

Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq. Ümummilli liderimizi belə anmaq istədim. Özəl gündə sevgi dolu layihəmi sizlərə əmanət edirəm”.