Ukraynalı ulduz Bakıda çıxış edəcək

Ukraynalı ulduz Bakıda çıxış edəcək
1010 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək.

T.Qolyakovanın tərəf-müqabili digər Ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski olacaq.

Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcək.

Tamaşanı xalq artsti Cavanşir Cəfərov idarə edəcək.