ANS Apellyasiya Məhkəməsinə müraciət etdi

ANS Apellyasiya Məhkəməsinə müraciət etdi
721 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Axşam.az xəbər verir ki, bunu "Report"a ANS-in vəkili Sevda Məhərrəmova bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.