Sıla qadağadan sonra ilk dəfə...

Sıla qadağadan sonra ilk dəfə...
2320 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sıla 7 avqustda baş tutan Yenikapı mitinqi üçün söylədiyi sözlərdən sonra ilk dəfə konsert verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İzmirdə səhnəyə çıxan müğənni "Nə xoş qarşılama, çox gözəl bir axşam... Qovuşmaq, sizi burada görmək necə də gözəldir. İnsanın öz vətənində olması gözəldir. Tək-tək yanaqlarınızdan öpürəm, tək-tək hər birinizə sarılıram" deyib.

Qeyd edək ki, Sıla hərbi çevrilişə cəhddən sonra təşkil edilən mitinqi "şou" adlandırdığı üçün bütün konsertləri ləğv edilmiş, ona qarşı qadağalar qoyulmuşdu.